Şərqi Qüdsdə fələstinlilərə aid ev İsrailə bağlı Qüds bələdiyyəsi tərəfindən yıxıldı

İsrailə bağlı Qüds bələdiyyəsi işğal altında saxladığı Şərqi Qüdsdə fələstinlilərə maxsus tikinti fəaliyyətləri davam edən bir binanı “sənədsiz” olduğuna görə yıxılıb.

1175827
Şərqi Qüdsdə fələstinlilərə aid ev İsrailə bağlı Qüds bələdiyyəsi tərəfindən yıxıldı

İsrailə bağlı Qüds bələdiyyəsi işğal altında saxladığı Şərqi Qüdsdə fələstinlilərə maxsus tikinti fəaliyyətləri davam edən bir binanı “sənədsiz” olduğuna görə yıxıb.

Şahidlərin məlumatına görə, Şərqi Qüdsün şimalındakı Şuafat Qaçqın düşərgəsində olan fələstinli Adnan Hoşiyaya məxsus tikinti işləri davam edən 2 mərtəbəli ev İsrailə bağlı bələdiyyə işçiləri tərəfindən uçurdulub.

İsrail polisləri yıxma işlərindən əvvəl bölgəni mühasirəyə salaraq, evin yaxınlığına heç kəsin daxil olmasına icazə verməyiblər, sonra isə ev yıxılıb.

Fələstin Qurtuluş Təşkilatına bağlı Abdullah Əl-Havarani Araşdırma və Sənədləşdirmə Mərkəzinə görə, İsrailli səlahiyyətlilər 2018-ci ildə işğal altındakı Şərqi Qüds ilə İordan çayının qərb sahilində fələstinlilərə məxsus 538 ev ilə müxtəlif məqsədlərlə istifadə edilən obyektləri yıxıblar.

Fələstinli mənbələr 1967-ci ildən bəridir Şərqi Qüdsdə fələstinlilərə məxsus 5 mindən çox evin İsrail qüvvələri tərəfindən yıxıldığını qeyd edir.



Әlaqәli Xәbәrlәr