Yeni Zelandiyadakı terror qurbanlarına 139 ölkədən edilən yardım

15 mart tarixində açılan hesaba göndərilən ianə məbləği 9 milyon 356 min 601 dollara çatıb.

1174759
Yeni Zelandiyadakı terror qurbanlarına 139 ölkədən edilən yardım

Yeni Zelandiyanın Kristçörç şəhərindəki Al Nur və Linvudd məscidlərinə terror hücumu nəticəsində zərərçəkmiş terror qurbanlarının yaxınları, qohumlarına 139 ölkədən yardım ianələri olaraq 9.4 milyon dollar bağışlandığı açıqlandı.
Yeni Zelandiya Qurbanlarına Dəstək Qrupları Şurası adına açılan “Christchurch Attack Funds” adı altında açılmış hesaba bağışlanan vəsaitin miqdarı 9 milyon dolları keçib.
Bu günə qədər 139 fərqli ölkədən 95419 adam tərəfindən fonda yardım edilib. 15 mart tarixində açılan hesaba göndərilən ianə məbləği 9 milyon 356 min 601 dollara çatıb.
Qeyd edək ki, məscidlərə olan terror hadisəsində qadınlar və uşaqlar da daxil olmaqla, 50 nəfər həlak olub, 50 nəfər isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr