Yeni Zelandiyada terror qurbanlarının xatirəsinə milli anım mərasimi keçirildi

Yeni Zelandiyanın Kirstçörç şəhərindəki Al Nur və Lindvud məscidlərinə edilən terror hücumunda həyatını itirən 51 nəfərin xatirəsinə “Milli anım mərasimi” keçirilib.

1172876
Yeni Zelandiyada terror qurbanlarının xatirəsinə milli anım mərasimi keçirildi

Yeni Zelandiyanın Kirstçörç şəhərindəki Al Nur və Lindvud məscidlərinə edilən terror hücumunda həyatını itirən 51 nəfərin xatirəsinə “Milli anım mərasimi” keçirilib.

Yeni Zelandiya radiosunun xəbərinə görə, şəhərdəki Haqley parkda keçirilən mərasimdə Yeni Zelandiyanın ümumi valisi Patsy Redy, Baş naziri Jacinda Ardern, Avstraliyanın Baş naziri Skot Morison, sənətçilər Yusuf İslam, Marlon Vilyıms, Holy Simt və Teeksla yanaşı 59 ölkədən nümayindələr iştirak edib.

Təqribən 25 min nəfərin iştirak etdiyi anım mərasimində Al Nur və Linvud məscidlərində həyatını itirənlərin adlarının bir-bir səsləndirilməsi zamanı duyğulu anlar yaşanıb.

Sənətçilər terror qurbanlarının xaritəsinə mahnılar oxuyublar.

Çıxışını Yeni Zelandiyanın yerli xalqı Maori dililə  başladan Baş nazir Ardern “Dünya ifratçılıqların ifratçılıq gətirdiyi dairə içində qalıb, bunu başa çatdırmalıyıq” ifadələrini dilə gətirib.

Ölkə tarixinin ən qaranlıq günündən 14 gün sonra yenidən bir arada olduqlarını deyən Ardern “Bu problemləri tək başımıza həll edə bilmərik, bunu heç kəs bacara bilməz. Onlara veriləcək cavab etnik kökə, gücün qaynağına və hətta hökumət üsul-idarələrinə əsaslanmayan, daxili sərhədlərlə məhdud edilməyən sadə bir anlayışa əsaslanır. Bu cavab bizim insanlığımızın əsasında var” deyə vurğulayıb.

Terror qurbanlarının kədərlərini azaldacaq söz tapmaqda çətinlik çəkdiyini, ancaq hər getdikləri yerdə terror qurbanlarının onlara yetkinlik içində “Salam-aleyküm” deyərək qarşıladıqlarını xatırladan Ardern bu salamın daşıdığı əhəmiyyətə diqqət çəkib.

Ardern çıxışında deyib ki, hansı söz həyatını itirən 51 qadın, kişi və uşağın acısını kifayət qədər ifadə edə bilər? Nifrət və zorakılığın hədəfi olan müsəlman icmamızın problemlərini hansı sözlərlə dilə gətirmək mümkün olar? Əsasən əvvəldən çox acılar çəkmiş bir şəhərin kədərini hansı sözlərlə izah etmək mümkündür? Buraya gəldim və sadə bir salamlama ilə qarşılandım. Salam-aleyküm; sülh sizinlə olsun.

Qeyd edək ki, Yeni Zelandiyanın Kirstçörç şəhərindəki Nur və Linvud məscidlərinə 15 mart cümə günü edilən terror hücumunda aralarında Pakistan, Bənqladeş, İndoneziya və Misir vətəndaşlarının da olduğu 51 nəfər həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr