Xuan Quaydo 15 il dövlət vəzifəsi daşıya bilməyəcək

Venesuela hakimiyyəti müxalifət lideri Xuan Quaydoya 15 il ərzində dövlətdə vəzifə tutmağa icazə verilməyəcək.

1172830
Xuan Quaydo 15 il dövlət vəzifəsi daşıya bilməyəcək

Venesuela hakimiyyəti müxalifət lideri Xuan Quaydoya 15 il ərzində dövlət vəzifəsi tutmağa qadağa qərarı verib.

Buna səbəb kimi Quaydonun "maliyyə deklarasiyasında pozuntular aşkarlanması" göstərilib.

Qərb ölkələrinin əksəriyyəti tərəfindən müvəqqəti prezident olaraq tanınan Quaydonun hər hansı səbəb irəli sürmədən bir sıra yerli və beynəlxalq qurumlardan pul aldığı iddia edilmişdi.

Quaydonun günahkar olacağı təqdirdə cərimələnəcəyi yaxud dövlətdə vəzifə tutmasının qadağan edilə biləcəyi bildirilmişdi.

Digər tərəfdən ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton Venesuelada özünü mavəqqəti prezident elan edən Milli Məclisin sədri Xuan Quaydonun dövlətdə vəzifə tutmasının qadağan edilməsinə reaksiya göstərib.

Pompeo və Bolton Venesuela hakimiyyətinin Xuan Quaydonun 15 il ərzində dövlətdə vəzifə tutmasının qadağan edilməsi qərarından sonra şəxsi “Twitter” səhifələrindəki paylaşmalarında Rusiya və Kuba üzərindən Venesuela prezidenti Nikolas Maduranı tənqid ediblər.

Qeyd edək ki, bu ilin yanvarında Xuan Quaydo ölkənin müvəqqəti prezidenti elan edilib.



Әlaqәli Xәbәrlәr