Әfqanıstanda Taliban ilә DEAŞ arasında qarşıdurma olub

Bu barәdә Kumar Valisi Abdul Sattar Mirzakval mәlumat verib.

1172323
Әfqanıstanda Taliban ilә DEAŞ arasında qarşıdurma olub

 

Əfqanıstanın şərqindəki Kunar vilayətinin Çapadere rayonunda terror tәşkilatı DEAŞ ilә Taliban arasında qarşıdurma olub.

Bu barәdә Kumar Valisi Abdul Sattar Mirzakval mәlumat verib. Qarşıdurma nәticәsindә 17 DEAŞ terrorçusu vә 2 Talibanın üzvü öldürülüb, 15 DEAŞ terrorçusu vә 10 Taliban üzvü xәsarәt alıb.

DEAŞ üzvlərinin qarşıdurma nәticәsindә  Talibanın  nəzarətindəki Deri Nanqlam və Deri  Digel bölgələrini ələ keçirdiyi ifadə edilib.

Qarşıdurmalar sәbәbindә  2 min ailənin evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr