Donald Tramp Yens Stoltenberqlә görüşәcәk

Bu barәdә Ağ Evin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1171303
Donald Tramp Yens Stoltenberqlә görüşәcәk

 

  Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp aprelin 2-dә NATO-nun baş katibi Yens Stoltenberqlә Ağ Evdә görüşәcәk.

  Bu barәdә Ağ Evin mәtbuat xidmәtinmdәn verilәn mәlumatda belə bildirilib: “Yens Stoltenberq gәlәn hәftә Vaşinqtonda keçirilәcәk NATO-nun xarici işlәr nazirlәri sәviyyәsindәki iclasına qatılmaq mәqsәdilә ABŞ-a sәfәr edәcәk. Görüşdә NATO-nun beynәlxalq sәviyyәdәki önәminә bir daha diqqәt yetirilәcәk və üzv ölkәlәrin alyansa etdiklәri maliyyә dәstәyinin artırılması mәsәlәsi müzakirә olunacaq.”

  Qeyd edәk ki, Donald Tramp bundan әvvәl verdiyi açıqlamalarda NATO-ya  üzv ölkәlәrin alyansa çox az vәsait ayırdığını söyləmiş və mövzu ilә bağlı, xüsusilә Almaniya ilә problem yaşamışdı.



Әlaqәli Xәbәrlәr