ABŞ-da "Boeing 737 Max" təcili eniş edib

ABŞ-ın Florida ştatında "Boeing 737 Max" təyyarəsi təcili eniş edib.

1171554
ABŞ-da "Boeing 737 Max" təcili eniş edib

ABŞ-ın Florida ştatında "Boeing 737 Max" təyyarəsi təcili eniş edib.

Təcili enişə səbəb təyyarənin mühərrikində olan problem olub. Göyərtəsində sərnişin olmayan "SouthWest Airlines" aviaşirkətinə məxsus təyyarə Orlando hava limanında enib.

Qeyd edək ki, bu modifikasiyalı təyyarələrin sərnişinlərlə uçuşu Efiopiya və İndoneziyadakı qəzalardan sonra qadağan edilib. Təyyarə Kaliforniyaya müvəqqəti saxlanma yerinə uçurdu.

Xatırladaq ki, martın 10-da Efiopiyanın “Boeing 737-MAX 8” təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub.

Bu hadisәdәn sonra Türkiyə, Sinqapur, Çin, Efiopiya, İndoneziya, Avstraliya, Malayziya, Oman, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriya, Avropa İttifaqı, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, Fidci, Hindistan, Honq Konq, Livan, Kosovo, Bəhreyn, Misir və Tailand kimi bir çox ölkə hava mәkanını  "Boeing 737 Max"  təyyarələri üçün bağlayıb.



Әlaqәli Xәbәrlәr