İsrail Qəzzaya açılan sərhəd məntəqələrini bağladı

İsrail işğal altındakı Qəzza zolağından atıldığı bildirilən bir raketin Tel Əvivin şimal tərəfindəki bir evə düşməsindən sonra İsraildən Qəzzaya açılan Kerm Əbu Salim və Beyt Xanun (Erez) sərhəd məntəqələrini bağlayıb.

1170075

İsrail ordusundan yayılan açıqlamada Qəzzaya ticarət malların girişinin təmin olunduğu tək nöqtə olan Kerm Əbu Salim ilə sərnişin tranziti üçün istifadə edilən Beyt Xanun sərhəd qapılarının yeni bir qərar qəbul edilənədək bağlı olacağı bildirilib.

Açıqlamada ayrıca, Qəzza balıqçıları üçün 9 dəniz mili olan ovlanma sərhədinin azaldıldığı, lakin sərhəddin neçə kilometr olduğuna dair məlumat verilməyib.

Qəzzadan atılan raketin Tel Avivin şimalındakı Sharon şəhərinə düşməsindən sonra sərhəd qapılarının bağlanma qərarı verildi.

Qəzzadan atıldığı söylənən raket bu gün səhər Şaron bölgəsindəki bir evə düşmüş, evdə olan yeddi nəfər yaralanmışdı.

Təxminən 2 milyon fələstinlinin yaşadığı blokadakı Qəzza zolağında 7 sərhəd keçidinin 6-sı İsrailin, biri Misirində nəzarətindədir.

Rəsmi Təl-Əviv ordu qüvvələrinin giriş-çıxış üçün istifadə etdiyi Karare sərhəd keçid məntəqəsini 2005-ci ildə, qalan üçünü isə 2007-ci ildə bağladı.  İsrail son illərdə ticarət mallarının keçidi üçün Kerm Əbu Salim və sərnişin keçidi üçün Beyt Xanun sərhəd qapılarının istifadəsinə icazə verir.

Әlaqәli Xәbәrlәr