İsrail əsgərlərinin İordan çayının qərb  sahilindəki nümayişlərə müdaxiləsi

İsrail əsgərlərinin işğal olunmuş İordan çayının qərb  sahilindəki yəhudi yaşayış məntəqələrinə və “Ayrılıq divarı”na qarşı etirazlarına müdaxiləsində bir nəfər yaralanıb.

1168970
İsrail əsgərlərinin İordan çayının qərb  sahilindəki nümayişlərə müdaxiləsi

İsrail əsgərlərinin işğal olunmuş İordan çayının qərb  sahilindəki yəhudi yaşayış məntəqələrinə və “Ayrılıq divarı”na qarşı etirazlarına müdaxiləsində bir nəfər yaralanıb.

İsrailli əsgərləri Kefr Kaddum məntəqəsində təşkil edilən etiraz nümayişinə plastik və həqiqi güllələrlə müdaxilə edib.

Kefr Kaddum Xalq Müqavimət Komitələri Koordinatoru Murad İştivi İsrail əsgərlərinin fələstinlilərin keçirdiyi nümayişə müdaxiləsi nəticəsində bir gəncin başından plastik güllə ilə yaralandığını söyləyib.

İştivi onlarla adamın gözyaşardıcı qazdan təsirləndiyini ifadə edərək, İsrail əsgərlərinin mətbuat mənsublarına qarşı zorakılıqdan istifadə etdiyini bildirib.

“Ayrılıq divarı” və qaçaq yəhudi yaşayış yerlərinin tikintisinə qarşı hər həftə cümə   günü keçirilən nümayişlərə İsrail əsgərləri həqiqi və plastik güllələrlə yanaşı gözyaşardıcı qaz və bəzən su şırnaqlar ilə müdaxilə edir.

2000-ci ildə Fələstində başlayan Aksa İntifadasından (2-ci İntifada) sonra İsrail hökuməti 2002-ci ildə İordan çayının qərb sahili ilə İsrail arasında "təhlükəsizlik" səbəbində “Ayrılıq divarı” tikməyə başlamışdı. Divar sayəsində İordan çayının qərb  sahilindəki təxminən 3 milyona yaxın fələstinli işğal altında olan Şərq Qüdsə və İsraillə keçə bilmir.

1967-ci ildə İsrail tərəfindən işğal edilən İordan çayının qərb  sahilində təxminən 250-yə yaxın qeyri-qanuni yəhudi məskənləri var. Bu yerlərdə yaşayan 400.000-dən çox yəhudi sakin, İordan çayının qərb  sahilində işğal boyunduruğu altında yaşayan fələstinlilər üçün həyatı daha da çətinləşdirir.

Beynəlxalq qanunlara görə işğal olunmuş ərazilərdə olan bütün yəhudi yaşayış məntəqələri qanunsuz sayılır.



Әlaqәli Xәbәrlәr