Terrorçunun avstraliyalı olduğu dəqiqləşdi

Yeni Zelandiyadakı iki məscidə silahlı hücum təşkil edən irqçi hücum təşkil edən Brenton Tarrantın avstraliyalı olduğu aydın oldu.

1164240
Terrorçunun avstraliyalı olduğu dəqiqləşdi

Yeni Zelandiyadakı iki məscidə silahlı hücum təşkil edən irqçi hücum təşkil edən Brenton Tarrantın avstraliyalı olduğu aydın oldu.

Terrorçu 5 yarı avtomatik silahdan istifadə edərək həyata keçirdiyi hücum anını sosial şəkədə canlı yayımlayıb.

Görüntülərdə, kompüter oyunlarına oxşar bir hücum reallaşdıran terrorçu məscidin qapıdan girdiyi anda atəş etməyə başlayır. Terrorçunun hadisə zamanı patron darağını bir neçə dəfə dəyişdiyi görünür.

Silahların üzərində əvvəllər dünyanın başqa yerlərində müsəlmanlara hücum edənlərin adları yer alır.

Qaçarkən Yeni zelandiyalı polis tərəfindən tutulan terrorçunun 2 il əvvəl hücumu planlaşdırdığı və hücumdan əvvəl şəxsi “Twitter” hesabından bir manifest yaydığı ortaya çıxdı.

Terrorçu Tarrant 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvikdən ilham aldığını yazıb.

Hücumdan sonra Brenton Tarrantın sosial şəbəkə hesabı dayandırıldı.

Facebook da daha sonra təcavüzkarın hesabını axtarış nəticələrindən çıxardı.



Әlaqәli Xәbәrlәr