Suriyaya 7 milyard dollar yardım vədi

Belçikanın paytaxtı Brüsseldə keçirilən “Suriya və Bölgənin Gələcəyinin Dəstəklənməsi” konfransında Suriya və qaçqınlara 7 milyard dollara yaxın yardım ved edildi.

1163877
Suriyaya 7 milyard dollar yardım vədi

Belçikanın paytaxtı Brüsseldə keçirilən “Suriya və Bölgənin Gələcəyinin Dəstəklənməsi” konfransında Suriya və qaçqınlara 7 milyard dollara yaxın yardım ved edildi.

Konfransdan sonra Avropa İttifaqı (Aİ) Komissiyasının Humanitar Yardım və Böhran İdarəsinə məsul üzvü Kristos Stylianides və BMT-nin Humanitar İşləri üzrə Baş katib müavini Mark Lovkok mətbuata açıqlamasında deyib: “Burada olan nümayəndələrin təqribən 7 milyard dollar yardım vədi verdiklərini söyləməkdən qürur duyuram. Bu vədlərin sahədə fəaliyyətlərə əks etdirilməsi vacibdir. Türkiyə, İordaniya və Livan kimi suriyalılar üçün hər gün konkret həmrəylik göstərən ölkələrə ayrıca təşəkkür edirəm.”

BMT-nin Humanitar İşləri üzrə Baş katib müavini Mark Lovkok da əldə edilən nəticədən məmnun olduğunu, bu yardımların milyonlarla insana çatacağını qeyd edib.

Konfransın beynəlxalq ictimaiyyətin Suriyaya olan güclü dəstəyini göstərdiyini bildirən Lovkok “Humanitar yardım həyat xilas etsə və izdirabları azaltsa da Suriyadakı böhranı həll etməz. Bunun üçün siyasi həll vacibdir. Gələcək aylarda bu çərçivədə əhəmiyyətli addımların atıla biləcəyinə ümid edirik” deyib.

Suriyada yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın qaçqın statusuna düşdüyü və ev eşiyindən edildiyi vətəndaş müharibəsi 8 ilini gəridə buraxdı.

Brüsseldə BMT və Aİ başçılığında 12-14 mart tarixləri arasında təşkil edilən “Suriya və Bölgənin Gələcəyinin dəstəklənməsi” konfransına 50-dən çox ölkədən 80-ə yaxın nümayəndə qatıldı.  

Konfransda Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlu təmsil etdi.



Әlaqәli Xәbәrlәr