Qәtәrin XİN rәhbәri NATO-ya üzv dövlәtlәrin tәmsilçilәri ilә görüşüb

Qәtәrin Xarici İşlәr naziri Mәhәmmәd ibn Әbdürrәhman Әl Sani Orta Şәrqdә tәhlükәsizlik vә sabitliyin tәmin olunması dünyanın  sülhü vә sabitliyi üçün çox әhәmiyyәtlidir.

1163920

Qәtәrin rәsmi QNA xәbәr agentliyinin yaydığı mәlumata görә, Mәhәmmәd ibn Әbdürrәhman Әl Sani NATO-ya üzv ölkәlәrin tәmsilçilәri ilә Belçikanın paytaxtı Brüsseldә görüşüb.

Mәlumata әsasәn, görüş NATO-nun mәrkәzi qәrargahında baş tutub.

Әl Sani bildirib ki,  dünya sülhünün yolu Orta Şәrqdәki sabitlikdәn keçir.

Qәtәrin Xarici İşlәr naziri görüş zamanı artan kiber hücumlara da toxunub.

Әl Sani çevik və güclü  müdafiə ilә hәllin mümkün olduğunu deyib.

Qətərli nazir  ölkəsinə təxminən iki ildir tәtbiq edilәn  qeyri-qanuni blokadanın da rəqəmsal casusluğun nәticәsi  olduğunu  xatırladıb.

Әl Sani  həmçinin blokadanın Qətərin beynəlxalq və regional əməkdaşlıq məsələsində verdiyi vədləri yerinə yetirməsinә mane olmadığını vurğulayıb.

Xatırladaq ki,  Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ilin 5 iyun tarixindә Qәtәrlә  diplomatik əlaqələri  kəsdiklәrini açıqlamışdı. Hәmin ölkәlәr daha sonra  Qətərə iqtisadi və siyasi blokada tətbiq etməyə başlamışdı.

Әlaqәli Xәbәrlәr