"Türkiyədəki suriyalılar üçün 1,5 milyard avro veriləcək", F.Moqerini

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasətləri üzrə ali nümayəndəsi Federika Moqerini Türkiyədəki suriyalılar üçün ikinci dəfə olaraq 3 milyard avronun 1,5 milyardını verəcəklərini söylədi.

1163584

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) və BMT tərəfindən təşkil edilən “Suriyanın və Bölgənin Gələcəyinin Dəstəklənməsi” konfransının açılış iclasında çıxış edən Moqerini Suriyada həllin siyasi olduğunu vurğulayıb: “BMT başçılığında Cenevrə danışıqlarına müzakirə edilmiş siyasi həll yolu tapılması üçün əhəmiyyət kəsb edir. Həmin zamanda atəşkəs qərarları da siyasi çərçivə ilə dəstəklənməlidir. Avropa tarixinin də göstərdiyi kimi  ədalət razılışma olmadan əldə oluna bilməz. Suriyada eyni zamanda ictimai quruluş da bərpa olunmalıdır.”

Suriyalı qaçqınların ölkələrinə qayıtmaları üçün təhlükəsiz yollar yaradılmasının vacibliyinə diqqət çəkən Moqerini illərdir suriyalılara ev sahibliyi edən Türkiyə, Livan və İordaniya hökumətlərinə və xalqlarına təşəkkür edib.  

Moqherini “Aİ 2019-cu ildə Suriyadakı böhran üçün 560 milyon avro vədi verir. Eyni miqdarı 2020 və 2021-ci illərdə də verməyi məqsəd götürmüşük. Aİ vədlərini yerinə yetirmək mövzusunda qətiyyyətlidir. Türkiyədəki suriyalılar üçün ikinci hissə kimi 3 milyard avronun 1,5 milyardını verəcəyimizi təsdiqləmək istəyirəm” deyib.

Әlaqәli Xәbәrlәr