ABŞ Yəməndəki əsgərlərini çıxarır

ABŞ Senatı ölkə rəhbərliyinin Yəməndə davam edən müharibəyə daxil olan yaxud da müharibəyə təsir edən hərbi ünsürlərini 30 gün ərzində çıxarmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi.

1163098
ABŞ Yəməndəki əsgərlərini çıxarır

ABŞ Senatı ölkə rəhbərliyinin Yəməndə davam edən müharibəyə daxil olan yaxud da müharibəyə təsir edən hərbi ünsürlərini 30 gün ərzində çıxarmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi.

Senatın ümumi iclasında səsverməyə çıxarılan qərarın əleyhinə 46, lehinə isə 54 səs verildi. Bu qərar prezident Donald Trampın Səudiyyə Ərəbistanı ilə əlaqədar siyasətinə önəmli bir etiraz kimi qiymətləndirildi.

Həmin qərar layihəsində Əl-Qaidə ilə döyüşənləri çıxmaqla, Yəməndəki döyüşlərə daxil olan yaxud təsir edən Amerikan hərbi ünsürlərinin 30 gün ərzində ölkədən çıxarılması nəzərdə tutulub.

Layihənin prezident Trampa təqdim edilə  bilməsi üçün Konqresin digər qanadı olan Nümayəndələr Palatasında da qəbul edilməsi lazımdır.

ABŞ rəhbərliyinin Səudiyyə Ərəbistanına Yəməndə davam edən müharibəyə verdiyi dəstək Konqresdə uzun müddətdir mübahisələrə səbəb olmuş, Senatda qəbul edilən oxşar bir qərar layihəsi o zaman Respublikaçıların əksəriyyətdə olduğu Nümayəndələr Palatasında qəbul edilməmişdi.



Әlaqәli Xәbәrlәr