Zamir Kabulov: "Rusya ABŞ-ın Taliban ilə razılığa gəlməsini istəyir"
Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov ölkəsinin Amerika Birləşmiş Ştatları ilə Taliban arasında razılıq əldə olunmasını istədiyini söylədi.

Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov ölkəsinin Amerika Birləşmiş Ştatları ilə Taliban arasında razılıq əldə olunmasını istədiyini söylədi.
Rusiyanın xəbər agentliyi "RİA Novosti"nin yaydığı xəbərdə Kabulovun yaxın zamanlarda ABŞ rəsmiləri ilə Əfqanıstan problemini müzakirə edəcəyini qeyd edərək Rusiyanın Taliban ilə danışıqlar aparmağı planlaşdırmadığı bildirilir.
ABŞ-ın Taliban ilə sülh danışıqları apardığını xatırladan Kabulov: "Rusya ABŞ-ın Taliban ilə razılaşmasını istəyir. Lakin indi bu barədə qəti fikir yürütmək üçün çox tezdir" deyə danışıb.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə Taliban rəsmiləri arasında 16 gündür Qətərdə davam edən sülh danışıqları dünən başa çatdı.
Xəlilzad sosial media vasitəsilə verdiyi açıqlamada beşinci dəfə həyata keçirilən Taliban ilə sülh danışıqlarında xarici qüvvələrin Əfqanıstandan çıxarılması və Əfqanıstan ərazilərində başqa qrupların təhlükə yaratmaması məsələlərində razılığa gəlindiyini ifadə etmişdi.
Əfqanıstan prezidenti Əşrəf Qəninin rəhbərlik etdiyi hökumət üçün böyük bir təhdid amili olan Taliban hazırda ölkənin bir çox bölgəsində hakimiyyətini davam etdirir.
Bəzi rayonları Talibanın nəzarətində olan ölkədə ciddi təhlükəsizlik problemi var.