Böyük Britaniyanın gömrük planı
Böyük Britaniya hökuməti Avropa İttifaqından müqaviləsiz ayrılmanın baş tutması halında Aİ-yə daxil olmayan ölkələrdən aldığı idxal mallarına sıfır vergi tətbiqinin genişləndiriləcəyini bildirdi.

Böyük Britaniya hökuməti Avropa İttifaqından müqaviləsiz ayrılmanın baş tutması halında Aİ-yə daxil olmayan ölkələrdən aldığı idxal mallarına sıfır vergi tətbiqinin genişləndiriləcəyini bildirdi.
Böyük Britaniya hökumətinin verdiyi açıqlamada Britaniyanın Aİ-dən müqaviləsiz ayrılması halında yeni bir gömrük tətbiqinə keçilməsinin planlaşdırıldığı, Avropa İttifaqına üzv olmayan ölkələrə verilən gömrük rüsumsuz idxal payının 56 faizdən 92 faizə çıxarılacağı qeyd olundu.
Açıqlamada Böyük Britaniyanın Aİ-dən müqaviləsiz ayrılma halında qüvvəyə mindirilməsinin nəzərdə tutulduğu tənzimləmədə hazırda Aİ-dən ediləcək 100 faiz gömrüksüz idxal payının isə 82 faizə endirilməsinin nəzərdə tutulduğu ifadə edildi.
Sözügedən tənzimləmədə Böyük Britaniyanın Aİ daxil olmaqla, bütün idxalında gömrüksüz ticarət payının 80 faizdən 87 faizə çıxarılmasının planlaşdırıldığı bildirildi.
Açıqlamada Böyük Britaniyanın Aİ-dən müqaviləsiz ayrılması halında İrlandiya ilə Şimali İrlandiya arasında açıq sərhəd siyasətinin davam etdiriləcəyi, İrlandiya ilə aparılan ticarətdə gömrük vergisinin və hər hansı bir gömrük nəzarətinin tətbiq olunmayacağı da ifadə edildi.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı Cәnubi Sudanda yaşanan humanitar böhranla bağlı bәyanat yayıb
Cәnubi Sudanda humanitar yardıma möhtac insanların sayı 8,3 milyona çatıb.

Әfqanıstanda minalanmış motosikletlә hücum törәdilib, ölәn vә yaralananlar var
Әfqanıstanın Uruzqan vilayәtindә törәdilәn bombalı hücum nәticәsindә 2 mülki vәtәndaş hәlak olub.