BMT rәsmisi İsrailә reaksiya göstәrdi

Nikolay Mladenov  İsrail polisinin Məscidül Әqsa  imamlarına və əməkdaşlarına hücum edərək mәscidin qapılarını bağlamasına reaksiya göstәrib.

1162472
BMT rәsmisi İsrailә reaksiya göstәrdi

 

Birləşmiş Millətlər  Tәşkilatının Orta Şərq Sülh Prosesi üzrə xüsusi Koordinatoru Nikolay Mladenov  İsrail polisinin Məscidül Әqsa  imamlarına və əməkdaşlarına hücum edərək mәscidin qapılarını bağlamasına reaksiya göstәrib.

Nikolay  Mladenov şәxsi  ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada Qüdsdәki hadisәlәri narahatlıqla izlәdiklәrini deyib.

"İbadәt məkanları dua üçündür, təxribat və zorakılıq üçün deyil. Onsuz da gərgin olan vəziyyət  daha da qızışdırılmamalıdır''.

Birlәşmiş Millәtlәr Tәşkilatının rәsmisi qeyd edib ki, Qüdsdәki stus-kvoya hörmәtlә yanaşılmalıdır.

İsrail polisi dünən günorta saatlarında Mәscidül Әqsanın imamlarına vә әmәkdaşlarına hücum etmişdi.

Mәscidül Әqsanın qapılarını bağlayan İsrail polisi işa namazını mәscidin qapısının qarşısında qılan fәlәstinlilәrә sәs bombası ilә müdaxilә edib.

Mәscidül Әqsanın әtrafındakı müxtәlif bölgәlәrdә işa namazını  qılan fәlәstinlilәrә müdaxilә edәn İsrail polisi müsәlmanların namaz qılmasına mane olmuşdu.



Әlaqәli Xәbәrlәr