Binyamin Netanyahu: ‘‘Altı müsәlman  ölkәsi ilә danışıqlar aparırıq’’

Binyamin Netanyahu 1967-ci ildә baş verәn  ‘‘Altı gün müharibәsi’’ zamanı İsrailin Baş naziri vәzifәsini icra edәn Levi Eşkolün anım mәrasimindә çıxış edib.

1162293
Binyamin Netanyahu: ‘‘Altı müsәlman  ölkәsi ilә danışıqlar aparırıq’’

 

 

İsrail Baş naziri Binyamin Netanyahu qısa müddәt әvvәl qәdәr ‘‘düşmәn’’ kimi qәbul etdiklәri altı müsәlman ölkәsi ilә danışıqlar apardıqlarını deyib.

Binyamin Netanyahu 1967-ci ildә baş verәn  ‘‘Altı gün müharibәsi’’ zamanı İsrailin Baş naziri vәzifәsini icra edәn Levi Eşkolün anım mәrasimindә çıxış edib.

İsrail Baş naziri bildirib ki, qısa müddәt әvvәlәdәk düşmәn olaraq qәbul etdiyimiz altı müsәlman ölkәsi ilә danışıqlar aparırıq.

Binyamin Netanyahu  adini vermәdiyi bu ölkәlәrlә aparılan danışıqların şülh prosesi üçün çox әhәmiyyәtli olduğunu vurğulayıb.

Netanyahu İsrail ictimaiyyətinin Ərəb ölkələrlə münasibətlərin normallaşmasının yalnız kiçik bir qismini görə bildiyini,  münasibətlərin böyük qisminin  gizli şəkildə davam etdiyini qeyd edib.

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə Polşanın paytaxtı Varşavada   fevralın 13-14 tarixlәrindә  keçirilən "Orta Şərqdə Sülh və Təhlükəsizliyin Gələcəyi’’ adlı konfransda  İsrail Baş naziri Binyamin  Netanyahu ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Oman və Yəmən xarici işlər nazirləri iştirak etmişdi.

Konfransda  Səudiyyə Ərəbistanını xarici əlaqələr üzrә  dövlət naziri, Küveyti isә xarici işlәr nazirin müavini  təmsil etmişdi.  

Qeyd edәk ki, Binyamin  Netanyahu  2018-ci il oktyabrın 26-da Omana sәfәr edәrәk  Kral Kabus Bin Səid ilə görüşmüşdü.



Әlaqәli Xәbәrlәr