Con Bolton vә Şah Mahmud Qureyşi arasında telefon danışığı olub

Bu barәdә  Pakistan Xarici İşlər Nazirliyindən  verilәn mәlumatda bildirilib.

1161591
Con Bolton vә Şah Mahmud Qureyşi arasında telefon danışığı olub

 

Pakistanın  Xarici İşlər naziri Şah Mahmud Qüreyşi  Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik mәsәlәlәri üzrә  müşaviri Con Bolton  ilә telefon әlaqәsi saxlayıb.

Görüşdә Hindistanın Cammu Kəşmir bölgəsinin Pulvama şəhərində hәyata keçirilәn hücumdan sonra  bölgədəki təhlükəsizlik məsələləri müzakirә olunub.

Bu barәdә  Pakistan Xarici İşlər Nazirliyindən  verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn,  Qüreyşi görüşdə Hindistanın fevralın 26-da  Pakistanın  hava məkanını pozduğunu vә bunun  Birləşmiş Millətlər  Tәşkilatının müvafiq qәtnamәlәrinә zidd olduğunu vurğulayıb.

Bu hadisәdәn bir gün  sonra  Pakistanın  hәyata keçirdiyi hava əməliyyatının özünümüdafiə hüquqları çərçivəsində qiymәtlәndirilmәsinin vacibliyini vurğulayan  Qüreyşi  Pakistanın  gərginliyin  sәngimәsi üçün  hər növ  addımı atdığını deyib.

Qüreyşi  Pakistan tәrәfindәn vurulan Hindistana mәxsus  təyyarənin pilotunu  qarşı tәrәfә tәslim etdiklәrini bildirәrәk  regionda sülh və sabitlik istədiklərini  bu səbəbdən ölkəyə geri  çağırılan Pakistanın Yeni Dehlidәki sәfirinin dә  vəzifəsinin icrasına başladığını qeyd edib.

Bolton isә öz növbәsindә  Vyetnamda davam edәn  ABŞ-Şimali Koreya danışıqlarına baxmayaraq  Pakistan-Hindistan gərginliyini yaxından izlәdiklәrini  söyləyib.

ABŞ-ın dövlәt katibi Mayk Pompeonun  iki ölkə lideri  ilә də görüşdüyünü qeyd edən Bolton  Pakistanı gərginliyin sәngimәsi üçün atdığı addımlara  vә  Əfqanıstandakı sülh prosesinə verdiyi dәstәyә görә tәbrik edib.

Bolton hәmçinin  Pakistan-Hindistan arasında problemlərin dialoq yolu ilә hәll edilmәsinin vacibliyini qeyd edib.



Әlaqәli Xәbәrlәr