İsrail əsgərlərinin müdaxiləsində yaralanan fələstinli gənc şəhid oldu

İsrail əsgərlərinin Qəzzadakı “Böyük qayıdış yürüşü” nümayişlərinə müdaxiləsi nəticəsində bir fələstinli şəhid olub.

1160759
İsrail əsgərlərinin müdaxiləsində yaralanan fələstinli gənc şəhid oldu

İsrail əsgərlərinin Qəzzadakı “Böyük qayıdış yürüşü” nümayişlərinə müdaxiləsi nəticəsində bir fələstinli şəhid olub.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, Qəzzanın cənubundakı Xan Yunus şəhərində 22 fevralda keçirilən nümayişlərdə İsrail əsgərlərinin açdığı atəş nəticəsində  yaralanan Bisam Sami Safi şəhid olub.

Fələstinlilər 30 mart 2018-ci il tarixindən bəridir mühasirə altındakı Qəzza zolağının İsrail sərhədində “Böyük qayıdış yürüşü” adı ilə sülhməramlı aksiyalar keçirirlər.

İsrail əsgərləri isə “sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildən bəridir Qəzzaya tətbiq edilən hüquqsuz mühasirəyə son qoyulmasını” tələb edən mülki vətəndaşların üzərinə həqiqi güllələrlə atəş açır.

Qəzzadakı Səhiyyə Nazirliyinə görə İsrail əsgərlərinin 30 mart tarixindən bəridir davam edən sülhməramlı nümayişlərə müdaxiləsində 230-dan artıq fələstinli şəhid olub.



Әlaqәli Xәbәrlәr