Con Bolton: "DEAŞ hələ də təhlükə yaratmağa davam edir"

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton (John Bolton) DEAŞ təhlükəsinin sovuşmadığını bildirdi.

1160708
Con Bolton: "DEAŞ hələ də təhlükə yaratmağa davam edir"

 

  ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton  (John Bolton)  ABC kanalına verdiyi müsahibədə DEAŞ terror təşkilatı və Amerika Birləşmiş Ştatları prezidenti  Donald Trampın bəyanatları ilə əlaqədar fikir bildirdi.

  Trampın DEAŞ-ın regional üstünlüyünü itirməsi ilə bağlı açıqlamasının təşkilatın tamamilə məhv edildiyi mənasına gəlmədiyinə diqqət çəkən Bolton: " Bilirik ki, hazırda DEAŞ döyüşçüləri Suriya və İraqda dağılmış halda yaşayırlar və dünyanın digər yerlərində böyüməyə çalışırlar. DEAŞ hələ də təhlükə yaratmağa davam edir" ifadəsini işlətdi.

  Bolton ABŞ-ın Suriyada 400 hərbçi saxlamaq qərarına da toxundu, bu qərarın DEAŞ-ın yenidən güclənməsininin qarşısını almaq üçün qəbul edildiyini qeyd etdi və sözünə belə davam etdi: "ABŞ prezidenti Trampın  amerikan hərbçilərinin İraqda qalmasına və Suriyada kiçik bir nəzarət birliyinin saxlanılmasına dair qərarlarının səbəblərindən biri də DEAŞ-ın özünü yeniləmə ehtimalıdır. Bu vəziyyətdə bir daha ortaya çıxsalar, müdaxilə edə bilərik".

  Bolton DEAŞ-ın "yenidən dirçəlişi"ni boğma səylərinə yardım etmək məsələsi ilə bağlı ingilis və fransız həmkarları  ilə də görüşdüyünü söylədi.



Әlaqәli Xәbәrlәr