Müsəlmanlar ABŞ-da ən çox ayrı-seçkiliyə məruz qalan dini qrupdur

Amerika Birləşmiş Ştatlarında aparılan bir sorğuda ölkədə ən çox ayrı-seçkiliyə məruz qalan dini qrupun müsəlmanlar olduğunu ortaya qoydu.

1159976

ABŞ-ın qabaqcıl xəbər portallarından biri olan "The Hill" və araşdırma şirkəti "Harris X" tərəfindən aparılan sorğuda  ölkədə ayrı-seçkiliyə məruz qalan dini qrupların vəziyyəti ilə bağlı nəticələr araşdırıldı.

1-2 mart tarixlərində qeydiyyatda olan 1003  seçici ilə aparılan sorğuda respondentlərin 85%-i ABŞ-da ən çox müsəlmanların ayrı-seçkiliyə məruz qaldığını ifadə etdi.

ABŞ Nümayəndələr Palatasına daxil olan ilk müsəlman qadın - Minnesota vəkili İlhan Omarın İsrail ilə əlaqədar söylədiklərindən sonra başlayan müzakirələrin fonunda aparılan sorğu ölkədəki dini ayrıseçkiliklə əlaqədar fikirləri ortaya qoyması baxımından əhəmiyyət kəsb edir.

Omarla əlaqədar müzakirələr davam edir.

Qeyd edək ki, Amerikan-İslam Əlaqələri Şurası (CAIR) tərəfindən açıqlanan aktual bir tədqiqat son dövrdə ölkədə islamofobiyanın artdığına diqqət çəkmişdi.

Әlaqәli Xәbәrlәr