Almaniyada FETÖ-nün dinlərarası dialoq layihəsi dayandırıldı
Almaniyanın paytaxtı Berlində üç dinin ibadətgahlarını bir araya gətirmək üçün planlaşdırılan "House of One" layihəsi torpaq sahəsinin sahibinin Fətullahçı Terror Təşkilatının (FETÖ) layihədə iştirak etməsini səbəb göstərərək çəkilməsi səbəbindən dayandır

Almaniyanın paytaxtı Berlində üç dinin ibadətgahlarını bir araya gətirmək üçün planlaşdırılan "House of One" layihəsi torpaq sahəsinin sahibinin Fətullahçı Terror Təşkilatının (FETÖ) layihədə iştirak etməsini səbəb göstərərək çəkilməsi səbəbindən dayandırıldı.
Petri meydanında həyata keçirilməsi planlaşdırılan layihənin gələcəyi torpaq sahəsi sahibinin layihəni tərk etmısindən sonra naməlum bir hal alıb.
Torpaq sahibi, berlinli sahibkar Ketrin Dussmann (Catherine Dussmann) bu barədə verdiyi açıqlamada çəkilmə səbəbi olaraq layihədə FETÖ-dən başqa müsəlman nümayəndənin iştirak etməməsini, digər müsəlmanların məscid dərnəkləri tərəfindən kənarlaşdırılmasını və bu təşkilatın Türkiyədə 15 iyul 2016-cı ildəki çevriliş cəhdinə görə məsuliyyət daşımasını göstərdi.
Dussmann: "Dinlərarası dialoq və anlayışı təşviq etmək yerinə yeni qarşıdurma yaradan bir layihəni dəstəkləyə bilmərəm" dedi.
Sosial Demokrat Partiyasının (SPD) üzvü, Berlin Böyükşəhər Bələdiyyəsinin sədri Mixael Müllerin (Michael Müller) nümayəndə heyətinin rəhbəri olduğu layihənin tikinti hazırlıqları yanvar ayında başlamışdı.
8.5 milyon avroya başa gəlməsi planlaşdırılan layihəyə indiyədək 43.5 milyon avro bağışlanmışdı. Federal hökumətin layihəni maliyyə dəstəyi ilə təmin edəcəyi nəzərdə tutulurdu.
Әlaqәli Xәbәrlәr

Tunisdə iki təyyarə qəzaya düşüb, ölənlər var
Tunisdə iki təyyarənin qəzaya uğraması nəticəsində 2 fransız turist ölüb, 2-si yaralanıb.