Misir ordusu 9 tuneli yıxıb

Misir ordusu Şimali Sina bölgəsinin Qəzza sərhədində aşkar edilən 9 tuneli yıxdığını açıqladı.

Misir ordusu 9 tuneli yıxıb

Misir ordusu Şimali Sina bölgəsinin Qəzza sərhədində aşkar edilən 9 tuneli yıxdığını açıqladı.

Ordu sözçüsü polkovnik Temir ər-Rifai tərəfindən verilən açıqlamaya görə, ordudaki mühəndislik şöbələri tərəfindən müəyyən edilən Misir-Qəzza sərhədində tikilmiş 9 tunel Şimali Sina Terrorla Mübarizə Ordu hissələri tərəfindən yıxıldı.

Bildirilib ki, həmin tunellərdən “terror ünsürləri silah-sursat daşımaq üçün istifadə edirlər”.

Tunellərin yıxılma işlərinin isə nə zaman aparıldığına dair məlumat verilməyib.

Qəzza sərhədindəki tunelləri yıxmaq üçün sentyabr 2015-ci ildən bəridir sərhəd boyunca qazılmış kanallara dəniz suyu buraxan Misir ordusu fevral 2018-ci il tarixində isə Şimali Sınada “bölgədəki terror ünsürlərini məhv etmək məqsədilə” quru, hava və dəniz qüvvələrinin iştirak etdiyi əhatəli əməliyyat başladılmışdı.

Misirin çevriliş nəticəsində vəzifədən getmiş prezidenti Hüsnü Mübarək dövründə İsrailin Qəzzaya tətbiq etdiyi mühasirə səbəbindən yüzlərlə tunel qazılmışdı.

1200-dən artıq olduğu irəli sürülən tunellərdən Qəzza tərəfinə qida, geyim və tikinti materialları daşınırdı.



Әlaqәli Xәbәrlәr