ABŞ Hərbi Hava Qüvvələri "XQ-58A Valkyrie" tipli pilotsuz qırıcını sınaqdan keçirdi

Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri 2,5 ildir üzərində çalışılan prototip pilotsuz qırıcının sınaq uçuşunu həyata keçirdi.

1159415
ABŞ Hərbi Hava Qüvvələri "XQ-58A Valkyrie" tipli pilotsuz qırıcını sınaqdan keçirdi

Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri 2,5 ildir üzərində çalışılan prototip pilotsuz qırıcının sınaq uçuşunu həyata keçirdi.
 
 ABŞ Hərbi Hava Qüvvələrinin bu barədə yaydığı yazılı məlumatında  gizli hazırlanan  "XQ-58A Valkyrie" tipli pilotsuz qırıcının fotoşəkilləri və test görüntüləri bölüşüldü.
 
Məlumatda: "Uzun mənzilli, səs sürətindən yüksək sürətə malik pilotsuz uçan aparat - "XQ-58A Valkyrie" ilk uçuşunu martın 5-də  Arizona Yuma Test Meydanında həyata keçirdi. Hərbi hava Qüvvələrinin Tədqiqat Laboratoriyası "XQ-58A"-i Kratos Pilotsuz Uçan Aparat Sistemləri şirkəti ilə birgə yaratdı" deyilir.
 
Qalxış və eniş üçün enmə zolağına ehtiyacı olmayan təyyarənin ilk uçuşunda 76 dəqiqə havada qaldığı bildirilir.
 
Məlumatda təyyarənin aerodinamik imkanlarının, eniş və qalxış sistemlərinin yoxlanılması üçün 5 sınaqdan da keçəcəyi bildirilir."XQ-58A"nın ABŞ-a daha ucuz başa gələn ixtira, döyüş və elektron hərb imkanları yaradacağı vurğulanır, təyyarənin eyni zamanda, pilotlu və pilotsuz uçan aparatlarla birgə əməliyyatlarda iştirak edəcəyi qeyd edilir.
 
 Təyyarələrin 3 min kilometr mənzilə sahib olduğu və kiçik çaplı  bombalarla yanaşı, elektron hərb və kəşfiyyat vasitələri ilə təchiz edildiyi qeyd olunur.
 
Qeyd edək ki, "Boeing" keçən həftə "Sadiq qanad dostu" adlı yeni pilotsuz döyüş təyyarəsi konsepsiyasını elan etmişdi.



Әlaqәli Xәbәrlәr