Səudiyyə Ərəbistanına silah satışında korrupsiya

İspaniyada, dövlət şirkəti Defex tərəfindən Səudiyyə Ərəbistanına silah və hərbi texnika satışına dair 11 müqavilə  ilə   əlaqəli   korrupsiya iddiasıyla məhkəmə işi qaldırıldı.

1158491
Səudiyyə Ərəbistanına silah satışında korrupsiya

Milli Məhkəmə Hakimi Jose de la Mata tərəfindən başladılan məhkəmə presesində, Defex  şirkətinin  keçmiş başçısı Jose Ignacio Encinas Charron və eyni dövrdə birlikdə işlədiyi 8 idarəçi, beynəlxalq ticarət əməliyyatlarda korrupsiya, sədəndə saxtakarlıq və  cinayət təşkilatı yaradmaqda ittiham edilir.

Bildirilir ki, Defexin 2005 ila 2014-ci illərdə Səudiyyə Arabistanile imzaladığı 11 müqavilənin toplam miqdarı 48 milyon avrodan çoxdur. Məlumata görə Defexin keçmiş rəhbərləri satılan silahlar üçün ödənən pulun 20% -ni rüşvət alıblar.

Defex haqqında Səudiyyə Ərəbistanıdan başqa Misir, Braziliya, Anqola və Kamerun ilə silah satışına dair imzalanan müqavilələr ilə bağlı istintaq başladıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr