Mike Pompeo İraqa hər sahədə dəstəyini açıqlayıb

ABŞ Dövlət katibi Mike Pompeo İraq Baş naziri Adil Abdulmehdi baş tutan telefon danışığında İraqın bölgə və dünya ilə inteqrasiya yaradması üçün lazımlı dəstəyi verməkdə hazır olduqlarını bildirib.

1158655
Mike Pompeo İraqa hər sahədə dəstəyini açıqlayıb

ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino, Pompeo ilə Baş nazir Abdülmehdi arasında baş tutan telefon danışığına dair yaydığı yazılı açıqlamasında: “Pompeo danışıq zamanı Vaşinqton və Bağdad arasındakı ikitərəfli Strateji razılaşması çərçivəsində İraqın güclənməsinə dair dəstəyin davam edəcəyini bildirib. İraq hökumətinin bölgənin və dünyanın qalan hissəsi ilə yaxın əlaqələr yaradması uğrunda atılası addımları da dəktəklədiklərini səsləndirib”.

Sözçü bildirib ki, “Pompeo İraq Kürd Rəhbərliyinin keçmiş rəhbəri Məsud Bərzani ilə də telefonda danışıb. Görüş zamanı Bağdad-Ərbil əlaqələrinin güclənməsinin əhəmiyyəti vurğulanıb.

 

 

 



Әlaqәli Xәbәrlәr