Marqaritis Sçinas ''Brexit'' mәsәlәsi ilә bağlı açıqlama verdi

Avropa İttifaqı Komissiyası İngiltәrәnin Avropa İttifaqından çıxması ilә bağlı danışıqların çox problemli keçdiyini vә hәlә dә nәticәlәnmәdiyini bildirib.

1158526
Marqaritis Sçinas ''Brexit'' mәsәlәsi ilә bağlı açıqlama verdi

Avropa İttifaqı Komissiyası İngiltәrәnin Avropa İttifaqından çıxması ilә bağlı danışıqların çox problemli keçdiyini vә hәlә dә nәticәlәnmәdiyini bildirib.

Avropa İttifaqı Komissiyasının mәtbuat katibi  Marqaritis Sçinas  (Margaritis Schinas) keçirdiyi gündәlik mәtbuat konfransında heyәtlәrin ‘‘Brexit’’lә bağlı danışıqlar aparmağa davam etdiyini qeyd edib.

Avropa İttifaqının ‘‘Brexit’’ mәsәlәsi üzrә  mәtbuat katibi Mişel Barnierin (Michel Barnier) İngiltәrәnin ‘‘Brexit’’ mәsәlәsi üzrә  naziri Stefan Barkley (Stephen Barclay) vә  Әdliyyә naziri Cefri Coks  (Geoffrey Cox) ilә keçirdiyi görüşün müsbәt atmosferdә keçdiyini deyib.

‘‘Görüşlәrdә tәdbir maddәsi әtrafında fikir mübadilәsi aparılıb. Bu  maddә  hәr iki tәrәfә dә hüquqi tәminatlar verilmәsinә yönәlikdir’’,-deyә Mişel Barnier  vurğulayıb.

Avropa İttifaqı Komissiyasının mәtbuat katibi  Marqaritis Sçinas isә İngiltәrәnin Avropa İttifaqından çıxması ilә bağlı danışıqların çox problemli keçdiyini vә hәlә dә nәticәlәnmәdiyini bildirib.

Xatırladaq ki, İngiltәrә parlamenti yanvarın 15-dә  Baş nazir Tereza Mey ilә Avropa İttifaqı arasında ‘‘Brexit’’lә bağlı әldә olunan müqavilәni  rәdd etmişdi.

Tereza Meyin  ‘‘Brexitlә’’ bağlı yeni müqavilәni  martın 12-dә yenidәn parlamentә tәqdim etmәsi gözlәnilir.

Yeni müqavilәnin dә rәdd edilmәsi halında matrın 13-dә müqavilәsiz ayrılıq variantı gündәmә gәlәcәk.

İngiltәrәdә 2016-cı ilin 23 iyun tarixindә ‘‘Brexit’’lә bağlı referendum keçirilmişdi.



Әlaqәli Xәbәrlәr