“Nissan” şirkətinin sabiq rəhbəri azadlığa buraxılıb

Bu barәdә Yaponiyanın Kyodo xәbәr agentliyi mәlumat yayıb.

1158155
“Nissan” şirkətinin sabiq rəhbəri  azadlığa buraxılıb

Nissan” şirkətinin  eks-rəhbəri Karlos Qonun  9 milyon dollar  girov müqabilində azadlığa buraxılıb.

Bu barәdә Yaponiyanın Kyodo xәbәr agentliyi mәlumat yayıb.

Mәlumata görә, 64 yaşlı Karlos Qon 108 gün hәbs hәyatından sonra azadlığa çıxıb.

Mәlumatda Qonun 2018-ci ilin 18 noyabr tarixindә saxlanıldığı bildirilib.

Onun Yaponiyanı tərk etməyəcəyi və evinin girişində nəzarət kamerası quraşdırılacağı şərti ilə azad edildiyi bildirilir.

Qon mәhkәmә prosesindәn sonra verdiyi açıqlamada günahkar olmadığını vurğulayıb.

Xatırladaq ki, Karlos Qon ötən il noyabrın 19-da gəlirləri barədə məlumatın gizlədilməsi ittihamı ilə həbs edilib. O, bu ittihamı qəbul etmədiyini bildirib.


Etiketlәr: #Karlos Qon , #Yaponiya , #Nissan

Әlaqәli Xәbәrlәr