İran və Fransa qarşılıqlı səfir təyin etdilər

Altı aydan sonra İran və Fransa qarşılıqlı səfir təyin etdiklərini açıqladılar.

1158264
İran və Fransa qarşılıqlı səfir təyin etdilər

İran və Fransa mediasında dərc olunmuş xəbərlərə görə İyun ayında Parisdə baş tutan İran rejimi əleyhdarı müxaliflərin yığıncağına bombalı hücum  təşkil ediləcəyinə dair  iddialara  görə iki ölkə arasında pozulan əlaqələr yenidən normallaşdırılır. Bildirilir ki, İki ölkə hökumətləri altı ay fasilədən sonra qarşılıqlı olaraq yenidən səfir təyin edib.

Fransız hökumətindən yayılan yazılı bəyanatda qeyd edilib ki, daha əvvəl İslamabad səfiri olan Philippe Thiebaud, Tehrana səfir təyin edilib.

İran Xarici İşlər Nazirliyindən yayılan açıqlamada isə Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi də İranın Paris Səfiri  təyin olub.

Qasımi dünən mətbuata verdiyi açıqlamada 3 ildir icra etdiyi sözcü vəzifəsindən istefa edəcəyini bildirdi,

İranda terror təşkilatı qəbul edilən Xalqın Mücahidləri Təşkilatının 30 İyunda Parisdə təşkil etdiyi yığıncağa İranın hücum planlaşdırdığına dair iddialara görə aralarında bir diplomatın da olduğu 3 İranlı, Belçika və Almaniyada nəzarətə alınmışdı. Bombalı hücum cəhdinin arxasında İran Kəşfiyyat Nazirliyinin olduğunu iddia edən Fransa hadisə ilə əlaqəli bir İranlı diplomatı da ölkədən çıxarmışdı. Rəsmi Tehran isə, hadisənin Avropa İttifaqı ilə İran arasındakı əlaqələrə zərbə endirmək istəyənlərin çirkli planı olduğunu irəli sürmüşdü. Fransanın səfir təyin etmə işini təxirə salmasıyla rəsmi tehran da Parisdəki səfirini geri çağırmışdı.



Әlaqәli Xәbәrlәr