Rusiyada müsəlmanların sayı sürətlə artır

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin müsəlmanların 15 ildən sonra ölkə əhalisinin 30 faizini təşkil edəcəklərini söylədi.

1157370
Rusiyada müsəlmanların sayı sürətlə artır

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin müsəlmanların 15 ildən sonra ölkə əhalisinin 30 faizini təşkil edəcəklərini söylədi.

Ravil Qaynutdin  bunu paytaxt Moskvada iştirak etdiyi konfransda çıxış edərkən bildirdi.

Qaynutdin Rusiyada müsəlman faktorunun əhəmiyyətinin İslamı qəbul edən rusların sayındakı artım ilə daha da böyüyəcəyinə diqqət çəkdi.

Rusiya Müftilər Şurasının sədri keçən il yalnız Moskvada məscidlərə gedənlərin sayının  320 mindən çox olduğunu qeyd etdi.

Məscidlərə gedənlərin ölkədə müsəlmanların çoxalmasınıın bir göstəricisi olduğunu vurğulayan Qaynutdin hər il daha çox insanın bayram namazını qılmağa gəldiyini dedi.

Qaynutdin: "Rusiyanın böyük şəhərlərində müvafiq mədəni və təhsil infrastrukturlarına malik olan onlarla yeni məscidə ehtiyac var".



Әlaqәli Xәbәrlәr