Kuba ilə ticarət əlaqəsi olan xarici şirkətlərə qarşı ABŞ məhkəmələrində iş qaldırıla biləcək

ABŞ prezidenti Donald Tramp rəhbərliyi Kuba ilə ticarət əlaqəsi olan xarici şirkətlərə qarşı ölkəsindəki məhkəmələrdə iş qaldırılmasına imkan yaratdı.

1156945

Ağ Evin bununla bağlı açıqlamasında bildirilib ki, Kubaya ticarət sahəsində 60 ildir tətbiq olunan 60 sanksiya üzərindəki təzyiq artırılacaq. Qəbul edilən yeni qərardan sonra ABŞ-ın hazırda Kubada sanksiya tətbiq etdiyi 200-ə yaxın şirkət və dövlət qurumları ilə əlaqədə olan xarici şirkətlərə qarşı özünün məhkəmələrində iş qaldırıla biləcək.

ABŞ Dövlət Departamentinin mövzuyla əlaqədar açıqlamasında “Qəbul edilən bu qərar ABŞ-ın milli mənfəətləri çərçivəsində Kubaya demokratiyanın gətirilməsi üçün diqqətli şəkildə müşahidə aparmağımıza imkan yaradacaq. Kuba ilə ticarət əlaqəsi olan şəxs və qurumları Kuba diktatorluğunun vasitəçisi olmamaları barədə xəbərdar edirik” deyilib.  

Qeyd edək ki, ABŞ-Kuba Ticarət və İqtisadiyyat Şurası adlı qeyri-hökumət təşkilatının bildirdiyinə görə, həmin qərardan sonra 20 ölkədən olan şirkətlərə qarşı ABŞ məhkəmələrində iş qaldırıla biləcək.

Әlaqәli Xәbәrlәr