Fransada etiraz aksiyası zamanı 33 nәfәr saxlanılıb

Fransada “sarı jiletlər” etiraz aksiyasının 16-cı aktı başlayıb.

1155783
Fransada etiraz aksiyası zamanı 33 nәfәr saxlanılıb

 

Fransada “sarı jiletlər” etiraz aksiyasının 16-cı aktı başlayıb.

16-cı həftə çərçivəsində nümayişçilər Paris, Bordo, Lion, Lill kimi böyük şəhərlərdə küçələrə çıxıblar.

Parisin mərkəzindəki Zəfər Tağı qarşısına toplaşan aksiya iştirakçıları Emmanuel Makron vә hökumәtin yürütdüyü siyasәtә öz etirazlarını bildiriblәr.

Aksiya zamanı tәhlükәsizlik tәdbirlәri güclәndirilib.

Parisdə keçirilən etiraz aksiyası zamanı 33 nәfәr  saxlanılıb.

Sosial şəbəkələrdə aksiya iştirakçıları gələn həftə bütün Fransa üzrə nümayişə çıxmağa çağırılıblar.



Әlaqәli Xәbәrlәr