ABŞ Venesuelaya qarşı sanksiyaları bir daha genişləndirib

ABŞ administrasiyası Venesuelaya tǝtbiq etdiyi  sanksiyaları genişlǝndirib.

1155715
ABŞ Venesuelaya qarşı sanksiyaları bir daha genişləndirib

 

ABŞ administrasiyası Venesuelaya tǝtbiq etdiyi  sanksiyaları genişlǝndirib.

Bu barǝdǝ Amerika Birlǝşmiş Ştatlarının Xǝzinǝ naziri Stiven Mnuçin mǝlumat verib. Stiven Mnuçin tǝtbiq edilǝn sanksiyalar ilǝ bağlı bǝyanat verib.

Mǝlumata ǝsasǝn, insan haqlarını pozduğu iddiası ilǝ altı nǝfǝr sanksiyaya mǝruz qalıb.

Stiven Mnuçin hǝmçinin qeyd edib ki, özünü müvǝqqǝti prezident elan edǝn Venesuela Milli Mǝclisinin sǝdri  Xuan Quaidonu dǝstǝklǝyirik.

Xatırladaq ki,  Xuan Quaido özünü "müvəqqəti prezident" elan etdikdən sonra Avstraliya, Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala onu tanımışdılar. Avropa Parlamenti dә Xuan Quaidonu  tanıdığını elan etmişdi.

Ancaq Meksika, Türkiyə, Rusiya, Kuba, Çin və Bolivya  Venesuela prezidenti Nicolas Maduro hökumətinə dəstək verdiklərini elan etmişdilər. Maduro da cərəyan edən hadisələrə cavab olaraq ticari əlaqələr istisna olmaqla ABŞ ilə diplomatik və siyasi münasibətlərə son qoyduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr