BMT Banqladeşə qaçqınlara qapılarını açıq saxlamaq çağırışı etdi

BMT-nin Baş katibi Stefan Duyaric (Stephane Dujarric) gündəlik mətbuat brifinqində bildirib...

1155436
BMT Banqladeşə qaçqınlara qapılarını açıq saxlamaq çağırışı etdi

  Birləşmiş Millətlər Təşkilatı Myanmardan arakanlıların hamısını qəbul etməyəcəyini açıqlayan Banqladeş hökumətinə qaçqınlara qapılarını açıq saxlamaq çağırışı edib.

  BMT-nin Baş katibi Stefan Duyaric (Stephane Dujarric) gündəlik mətbuat brifinqində bildirib:

  “Banqladeş arakanlı qaçqınlara verdiyi dəstəklə çox səxavətli davrandı. Münaqişələrdən qaçanların hara olursa olsun, etibarlı liman tapması mühümdür.”

   Xatırladaq ki, Banqladeşin Xarici İşlər naziri Şahidul Haq (Shahidul Haque) bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurasında çıxış edərək demişdi:

  “Bangladeşin Myanmardan bundan artıq insanı qəbul edə bilməyəcəyini təəssüflə çatdırmaq məcburiyyətindəyəm.

  Arakanda baş verən acı hadisələr nəticəsində zorla yerlərindən-yurdlarından qovulan insanlar Banqladeşə sığındı və 18 aydır ki, düşərgələrdə yaşayır. Bu böhran təkcə Rohingya müsəlmanlarına təsir etməyib, həm də Banqladeşin iqtisadiyyatı, ictimaiyyəti və təhlükəsizliyi üçün narahatlıq yaradıb. Biz həm də insan alveri və narkotika problemləri ilə qarşı-qarşıya qalmışıq.   

  Myanma arakanlı qaçqınların geri dönüşünə dair boş vədlər verir. Ölkədə uyğun şərait yaratmadığı üçün heç bir arakanlı Myanmaya qayıtmaq istəmir”.



Әlaqәli Xәbәrlәr