Rusiya və ABŞ Taliban müzakirəçilərinə qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı siyahı hazırlayır

Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Rusiya və Amerika Birləşmiş Ştatlarının Taliban müzakirəçilərinin səyahət qadağalarının ləğv edilməsi ilə bağlı siyahı üzərində işlədiklərini bildirdi.

1155184

 Kabulov Anadolu Xəbər Agentliyinə Əfqanıstan sülh prosesinin son vəziyyəti ilə bağlı açıqlamalar verdi.
 
 ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Halilzad ilə fevralın 22-də  Ankarada keçirdiyi görüşün mövzusunun daha əvvəl olduğu kimi Əfqanıstandakı sülh prosesi  olduğunu bildirən Kabulov: "Biz həm Rusiyanın, həm də ABŞ-ın Əfqanıstana öz həll yollarını qəbul etdirməyəcəkləri məsələsində həmfikirik" dedi.
 
 Kabulov görüşdə Taliban müzakirəçilərinin səyahət sərbəstliyi məsələsinin müzakirə olunduğunu, lakin Halilzad ilə bu məsələdə heç bir səlahiyyətə malik olmadıqları üçün sanksiyaları tətbiq edən və sanksiyalarla bağlı qərar vermə səlahiyyəti olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bütün üzvləri ilə mövzu barəsində danışmaq məcburiyyətində qaldıqlarını bildirdi.
 
 Kabulov: "ABŞ həmkarlarımızla birlikdə bu məsələ üzərində işləyirik" dedi.
 
 Sanksiyaların ləğv olunması məsələsində nümayəndələr siyahısının hələ hazırlanmadığını dilə gətirən Kabulov:"Nyu-Yorkdakı həmkarlarımız siyahı üzərində çalışacaq" deyə məlumat verdi.
 
 Əfqanıstan prezidenti Əşrəf Qəninin rəhbərlik etdiyi hökumət üçün böyük təhdid olan Taliban təşkilatı hazırda ölkənin bir çox bölgəsində hakimiyyətini qoruyub saxlayır.
 
 Bəzi rayonları Talibanın nəzarətində olan ölkə ciddi təhlükəsizlik problemi ilə üzləşib.
 
 Hökumətin ötən illərdə dəfələrlə Taliban ilə sülh danışıqlarına başlamaq üçün səy sərf etməsi və bu çərçivədə Sülh Şurası yaratmasına baxmayaraq, hələ ki, bir nəticə əldə edilməyib.

Әlaqәli Xәbәrlәr