ABŞ Venesuelanın dialoq çağırışını rədd etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın özünü Venesuelanın müvəqqəti dövlət başçısı elan edən Xuan Quaydo (Juan Guaido) ilə görüşəcəyi bildirildi.

1154021
ABŞ Venesuelanın dialoq çağırışını rədd etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın özünü Venesuelanın müvəqqəti dövlət başçısı elan edən Xuan Quaydo (Juan Guaido) ilə görüşəcəyi bildirildi.
 
 ABŞ-ın Tərksilah Konfransındakı daimi nümayəndəsi səfir  Robert Vud (Robert Wood) Venesuelanın Amerika Birləşmiş Ştatlarına prezident  Donald Trumpla görüş çağırışına mənfi cavab verdildiyini bildirərək: "Prezident Tramp Venesuelanın qanuni dövlət başçısı Xuan Quaydo ilə görüşməyə hazırdır" dedi.
 
 Səfir Vud bunu Tərksilah Konfransına ev sahibliyi edən Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində keçirdiyi mətbuat konfransında sölədi.
 
 Vud mətbuat konfransındakı çıxışında Venesuela prezidenti Nikolas Maduronun ünvanına  bir sıra ittihamlar səsləndirdi, ölkənin qanuni liderinin özünü müvəqqəti dövlət başçısı elan edən parlament sədri Xuan Quaydonun olduğunu iddia etdi.
 
 Robert Vud Xuan Quaydonun başına bir şey gəldiyi halda buna görə məsuliyyətin Maduronun üzərinə düşəcəyini də ifadə etdi. 
 
Qeyd edək ki, Venesuela Xarici İşlər naziri Xorxe Arreaza (Jorge Arreaza) dünən BMT İnsan Haqları Şurasının 40-cı iclasında ABŞ-ı dialoqa çağırıb. Arreaza çıxışında problemləri bu yolla həll etməyin mümkün olduğunu bildirib.
 
  Xarici İşlər naziri: " ABŞ ilə dialoq niyə olmasın? Prezident Maduro ilə Tramp niyə görüşməsinlər? Onlar ortaq bir zəmində görüşərək, aralarındakı fikir ayrılıqlarını izah edə bilərlər" deyib.
 
 Xorxe Arreaza ölkəsinə qarşı aqressiv münasibətin dayandırılmasının vacibliyini vurğulayaraq, iki ölkə arasındakı danışıqların Venesuelada keçirilməsi təklif edib.



Әlaqәli Xәbәrlәr