Sergey Lavrov: "Amerika Birləşmiş Ştatları dünyanı parçalayır"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov çoxqütblü yeni bir dünya nizamının yaranmağa başladığını bildirərək: "Beynəlxalq hüquqi zəmin bölünür, Amerika Birləşmiş Ştatları isə hər şeyi parçalayır" dedi.

Sergey Lavrov: "Amerika Birləşmiş Ştatları dünyanı parçalayır"

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov çoxqütblü yeni bir dünya nizamının yaranmağa başladığını bildirərək: "Beynəlxalq hüquqi zəmin bölünür, Amerika Birləşmiş Ştatları isə hər şeyi parçalayır" dedi.

Lavrov bunu rəsmi səfərlə getdiyi Vyetnamda Valday Beynəlxalq Müzakirə Klubunun toplantısında qlobal siyasi hadisələrlə əlaqədər firkir bildirərkən söylədi.

Birləşmiş Millətlər Təşkilatının dünyanın inkişaf etməkdə olan bölgələrini təmsil etmək istiqamətindəki fəaliyyətlərinin kifayət etmədiyini vurğulayan Lavrov: "Birləşmiş Millətlər Təşkilatının islahatı məsələsi gecikib, çünki Asiya, Afrika və Latın Amerikasında inkişaf etməkdə olan bölgələri təmsil etmək istiqamətindəki fəaliyyətləri qənaətbəxş deyil" deyə danışdı.

Lavrov Avropa İttifaqının isə çox saylı qlobal məsələdə qınına çəkildiyini söyləyərək: "Artıq çoxqütblü yeni bir dünya nizamının yaradılmasından bəhs edirik. Beynəlxalq hüquqi zəmin bölünür. ABŞ isə hər şeyi parçalayır. Avrasiyanın bəzi bölgərlərində yaşanan olaylar da "qınına çəkilmə" kimi səciyyələndirilə bilər. Biz isə əhatəli bir prosesi başladacaq addımlar atmaq istəyirik" dedi.

Qərb ölkələrinin qaçqınlar məsələsində lazımi addımlar atmadığını ifadə edən Lavrov: " Liviyanı bombalayıbaraq qara dəlik halına çevirənlər biz deyilik. İndi də ölkədəki terrorçu fəaliyyətlərlə bağlı şimala qaçışlar var. Yəni biz məsul olan şəxslərin bu məsələ ilə məşğul olmasını istəyirik" ifadələrini işlətdi.

 

 



Әlaqәli Xәbәrlәr