BMT-nin baş katibi Venesuela ilә bağlı bәyanat verib

Birlәşmiş Millәtlәr Tәşkilatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, BMT-nin baş katibi Venesuelada artan zorakılıq hadisәlәrinә görә narahatdır.

1151677
BMT-nin baş katibi Venesuela ilә bağlı bәyanat verib

Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş (Antonio Guterres) Venesuelada  zorakılıq hadisәlәrinin qarşısının alınması ilә bağlı çağırış edib.

Birlәşmiş Millәtlәr Tәşkilatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, BMT-nin baş katibi Venesuelada artan zorakılıq hadisәlәrinә görә narahatdır.

 Mәlumatda  hәmçinin bildirilib ki,  Antonio Quterreş  fevralın 24-dә Venesuelada baş verәn qarşıdurma nәticәsindә dinc sakinlәrin hәlak olması ilә bağlı yayılan xәbәrlәrә  görә kәdәrlәnib.

Antonio Quterreş bütün tәrәflәri münaqişәnin qarşısını almağa çağırıb.

Dünәn Venesuelada tәhlükәsizlik qüvvәlәri ilә müxaliflәr arasında qarşıdırma olub.

Qarşıdurma nәticәsindә 4 nәfәrin hәlak olduğu, 200-dәn çox adamın da müxtәlif dәrәcәli xәsarәtlәr aldığı bildirilib.

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Mәclisinin  sədri və müxalifət lideri Xuan Quaydo özünü ölkәnin müvәqqәti prezidenti elan etmişdi.  Amerika Birlәşmiş Ştatlarının  prezidenti Donald Tramp Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.



Әlaqәli Xәbәrlәr