Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Bu gün Nigeriyada prezident və parlament seçkiləri keçirilir.

1151116
Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Bu gün Nigeriyada prezident və parlament seçkiləri keçirilir.

İkinci dördillik müddətə namizədliyini irəli sürən prezident Məhəmməd Buxari artıq Katsina ştatındakı doğma Daura şəhərində səs verib.

Nigeriyanın dövlət başçısı postu uğrunda ümumilikdə 73 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə, əsas mübarizə hazırkı prezident Məhəmməd Buxari ilə müxalifəti təmsil edən sabiq vitse-prezident Atiku Əbubəkr arasında gedəcək.

Nigeriya ordusunun sabiq generalı Buxari 1983-cü ildə baş verən hərbi çevrilişdən sonra ilk dəfə ölkəyə rəhbərlik edib və iki ildən sonra eyni yolla hakimiyyətdən kənarlaşdırılıb. Ölkədə demokratiyanın bərpa olunduğu 1999-cu ildən başlayaraq prezident seçkilərində mütəmadi olaraq müxalifəti təmsil edib və 2015-ci ildə qələbə qazanıb. Bu, Nigeriya tarixində hakimiyyətin demokratik yolla müxalifətə keçdiyi ilk hal olub.

Namizədliyi Xalq-demokratik partiyası tərəfindən irəli sürülən Əbubəkr ölkənin ən iri sahibkarlarından biridir. O, 1999-2007-ci illərdə vitse-prezident postunu tutub, 2007-ci ildə isə prezident seçkilərində “Fəaliyyət Konqresi” partiyasının namizədi kimi iştirak edərək üçüncü yerlə kifayətlənib.

Nigeriyada prezident seçkiləri ilə eyni vaxtda ikipalatalı parlamentə də səsvermə keçirilir. Milli Assambleya və Senat uğrunda 91 partiyanın nümayəndələri mübarizə aparır. Ölkədə 84 milyondan çox seçici qeydiyyata alınıb.



Әlaqәli Xәbәrlәr