Sergey Lavrov: ‘‘Venesuela problemi dialoq yolu ilә hәll olunmalıdır’’
Rusiyanın Xarici İşlәr naziri Sergey Lavrov vә Zambiyanın Xarici İşlәr naziri Coe Malanci (Joe Malanji) iki ölkә arasındakı diplomatik әlaqәrәrin qurulmasının 55-ci ildönümü münasibәtilә Moskvada görüşüblәr.

Rusiyanın Xarici İşlәr naziri Sergey Lavrov vә Zambiyanın Xarici İşlәr naziri Coe Malanji (Joe Malanji) iki ölkә arasındakı diplomatik әlaqәrәrin qurulmasının 55-ci ildönümü münasibәtilә Moskvada görüş keçiriblәr.
Görüşdәn sonra keçirilәn birgә mәtbuat konfransında nazirlәr jurnalistlәrin suallarını cavablandırıblar.
Jurnalistin Venesuela ilә bağlı sualını cavablandıran Sergey Lavrov deyib: ‘‘ Venesuela müxalifәti ABŞ-ın hәrbi müdaxilә ilә bağlı hәdәlәrini dәstәklәyir. Müstәqil ölkәnin işlәrinә müdaxilә etmәk Birlәşmiş Millәtlәr Tәşkilatının qәtnamәlәrinә ziddir’’.
Sergey Lavrov Venesueladakı problemin dialoq yolu ilә hәll edilmәsinin vacibliyini vurğulayıb.
Zambiyanın Xarici İşlәr naziri Coe Malanji is öz növbәsindә keçirilәn görüşdә iki ölkә arasındakı iqtisadi әlaqәlәrin müzakirә olunduğunu bildirib.
Әlaqәli Xәbәrlәr

Yeni Zelandiyada 8,1 bal gücündә zәlzәlә baş verib
Yeni Zelandiyanın Kermandec adası yaxınlığında 8,1 bal gücündә zәlzәlә baş verib.