CENTCOM-un komandanı Cozef Votel Özbәkistanda sәfәrdәdir

Cozef Votel sәfәri çәrçivәsindә  Özbəkistan prezidenti Şövkət Mirziyoyev ilə paytaxt Daşkənddə görüşüb.

1149719
CENTCOM-un komandanı Cozef Votel Özbәkistanda sәfәrdәdir

 

ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı Cozef Votel (Joseph Votel) Özbəkistana sәfәr edib.

Cozef Votel sәfәri çәrçivәsindә  Özbəkistan prezidenti Şövkət Mirziyoyev ilə paytaxt Daşkənddə görüşüb.

Sabah Daşkənddə keçiriləcək Orta və Cənubi Asiya Ölkələrinin  Baş Qərargah rәislәri iclasına qatılmaq üçün Özbәkistana sәfәr edәn ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı Cozef Votel prezident Şövkәt Mirziyoyev tərəfindən qəbul edilib.

Mәlumata görә, Mirziyoyev görüşdə  keçən il təşkil edilən Özbəkistan-ABŞ yüksәk  səviyyəli  danışıqlarının iki ölkə arasındakı  əhatəli strateji tərəfdaşlığın inkişaf etmәsinә töhfә verdiyini deyib.

Şövkәt Mirziyoyev  CENTCOM tərəfindən təşkil edilən Orta və Cənubi Asiya Ölkələrinin  Baş Qərargah rәislәri iclasında  ən aktual problemlərdən biri olan Əfqanıstan məsələsinin müzakirә olunacağını bildirib.

Özbəkistan ilə ABŞ arasındakı hərbi, texniki və təhlükəsizlik sahəlәrindәki  əməkdaşlıq  məsələlərinin müzakirə edildiyi görüşdə Votel  yığıncağın Daşkənddə təşkil edilməsinə imkan verdiyi  üçün Mirziyoyevә təşəkkür etdi.

Cozef Votel Özbәkistana etdiyi sәfәri çәrçivәsindә Özbәkistan Müdafiә naziri Bahadır Qurbanovla da görüşüb. Cozef Votel hәmçinin Özbәkistan Silahlı Qüvvәlәr Akademiyasında da olub.



Әlaqәli Xәbәrlәr