Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Hindistanda sәfәrdәdir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd ibn  Salman Hindistana etdiyi sәfәrin  iki iki ölkə arasındakı güçlü münasibәtlәri daha da güclәndirәcәyini ifadә edib.

1149143
Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Hindistanda sәfәrdәdir

 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd ibn  Salman Hindistana etdiyi sәfәrin  iki ölkə arasındakı güclü münasibәtlәri daha da güclәndirәcәyini ifadә edib.

Pakistandan sonra Hindistana sәfәr edәn Mәhәmmәd ibn Salman Yeni Dehlidә Hindistan prezidenti Ram Nath Kovind tәrәfindәn rәsmi mәrasimlә qarşılanıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi prezident iqamәtgahında qısa açıqlama verәrәk deyib: ‘‘Bu gün iki ölkә arasındakı münasibәtlәrin inkişaf etdirilәcәyindәn vә davam edәcәyindәn әmin olmaq istәyirik. Mәn әminәm ki, prezident vә Baş nazirin rәhbәrliyi ilә Sәudiyyә Әrәbistanı vә Hindistan üçün gözәl işlәr görә bilәrik’’.

Mәhәmmәd ibn Salmanın sәfәri çәrçivәsindә Baş nazir Narendra Modi ilә görüş keçirmәsi nәzәrdә tutulur. Sәfәr çәrçivәsindә hәmçinin iki ölkә arasında müxtәlif sahәlәrdә әmәkdaşlığa dair müqavilәlәrin imzalanması da gözlәnilir.

Narendra Modi şәxsi  ‘‘Twitter’’ sәhifәsindә yazıb: ‘‘Mәhәmmәd ibn Salmanın Hündistana sәfәr etmәsini mәmnuniyyәtlә qarşılayırıq’’.



Әlaqәli Xәbәrlәr