İmran Xan: ‘‘Kәşmir problemi dialoq yolu ilә hәll oluna bilәr’’

Pakistanın Baş naziri İmran Xan  Kəşmir məsələsinin Əfqanıstanda olduğu kimi dialoq yolu ilə həll edilə biləcəyini söylədi.

1148451
İmran Xan: ‘‘Kәşmir problemi  dialoq yolu ilә hәll oluna bilәr’’

 

Pakistanın Baş naziri İmran Xan  Kəşmir məsələsinin Əfqanıstanda olduğu kimi dialoq yolu ilə həll edilə biləcəyini söylədi.

Kəşmirdə keçən həftə yaşanan hücumdan sonra Hindistan ilə Pakistan arasında artan  gәrginlik ilә әlaqәdar  açıqlama verən  İmran Xan Hindistanın istintaq aparmadan hücuma görə Pakistanı günahlandırdığını söylədi.

Hindistanın iddialarına cavab verən İmran Xan deyib: ‘‘ Hindistan hücumdan dərhal sonra hәr hansı bir istintaq aparmadan  Pakistanı günahlandırdı’’.

İmran Xan Pakistanın son 15 il terrorla mübarizə apardığını söylәyib.

"Hindistan keçmişlәmi yaşamaq istәyir?. Biz  sabitlik istəyirik. Yeni Pakistan yeni zehniyyətə malikdir’’,-deyә Pakistan Baş naziri vurğulayıb.

Hindistanın tutarlı  dəlillәr  təqdim edәcәyi  təqdirdə Pakistanın lazımi  araşdırmanı aparacağını söylәyәn İmran Xan qeyd edib ki, bu tәklifi tәzyiq altında olduğumuz üçün deyil, xarici siyasәt anlayışımız olduğu üçün edirәm.

Hindistan media orqanlarının yaydığı xәbәrlәrә münasibәt bildirәn İmran Xan deyib: ‘‘Hindistan ilә terror mәsәlәsini müzakirә etmәyә hazırıq. Terror bölgәmizin әn böyük problemidir vә bu mәsәlәni hәll etmәk istәyirik. Hindistan media orqanları ‘‘Pakistandan qisas alınmalıdır’’ şәklindә  xәbәrlәr yayır. Hindistan müharibәyәmi başlamaq istәyir? Bu heç bir zaman müvәffәqiyyәtli hәll yolu olmadı. Kәşmir problemi Әfqanıstanda olduğu kimi ancaq dialoq yolu ilә hәll oluna bilәr’’.

Pakistan ilә Hindistan arasındakı gәrginlik fevralın 14-dә Kәşmir bölgәsindә yaşanan hücumdan sonra artdı.

Kәşmir bölgәsindә törәdilәn hücum nәticәsindә Hindistanın 44 hәrbçisi hәlak oldu.

Qeyd edәk ki, Hindistan tәcavüzkarların Pakistan tәrәfindәn dәstәklәndiyini iddia etdi.

Pakistan isә bu iddiaları rәdd etdi vә hücumu qınayan bir bәyanat yaydı.



Әlaqәli Xәbәrlәr