Cavad Zərif: "Çin və İran arasındakı strateji tərəfdaşlıq əlaqələrinə böyük əhəmiyyət veririk"

İran Xarici İşlər naziri Cavad Zərif paytaxt Pekində Çin Xalq Respublikasının Xarici İşlər naziri Vanq Yi ilə görüşdü.

1148384
Cavad Zərif: "Çin və İran arasındakı strateji tərəfdaşlıq əlaqələrinə böyük əhəmiyyət veririk"

İran Xarici İşlər naziri Cavad Zərif paytaxt Pekində Çin Xalq Respublikasının Xarici İşlər naziri Vanq Yi ilə görüşdü.
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Çin Xalq Respublikasının Xarici İşlər naziri Vanq Yi və İran Xarici İşlər naziri Cavad Zərif paytaxt Pekindəki Diaoyütal Dövlət Mehmanxanasında görüşüblər.
Çinin Xarici İşlər naziri Vanq Yi görüşdə Orta Şərqdə və beynəlxalq aləmdə böyük dəyişikliklər olduğunu, Çin-İran əlaqələrinin yeni vəziyyətlərlə üzləşdiklərini bildirərək: "İranın regioanl məsələrdə konstruktiv rol oynamasını gözləyirik və buna əhəmiyyət veririk" deyib.
İki ölkənin müəyyən zamanlarda dalğalı proseslərlə qarşılaşdığını, lakin strateji stabilliyini davam etdirdiyini qeyd edən Vanq Yi Pekin və Tehran rəhbərliklərinin ikitərəfli əməkdaşlığı qoruyub saxladıqlarına və əhatəli strateji tərəfdaşlıq əlaqələrinə davamlı olaraq yeni məzmun qazandırdıqlarına diqqət çəkib.
İran Xarici İşlər naziri Cavad Zərif: "Çin və İran arasındakı strateji tərəfdaşlıq əlaqələrinə böyük əhəmiyyət veririk. Çini İranın əhəmiyyətli və əhatəli əməkdaşı olaraq görürük" ifadələrini işlədib, İran parlamentinin sədri Əli Laricaninin Çin səfərinin ikitərəfli əlaqələrdə yeni bir başlanğıca vəsilə olacağına ümid etdiklərini dilə gətirib.
"Kəmər və Yol" təşəbbüsünün iki ölkə  üçün xüsusi məna kəsb etdiyini vurğulayan Zərif ölkəsinin "Kəmər və Yol"un inşası istiqamətində irəliləyən prosesə aktiv şəkildə qoşulmağa hazır olduğunu bildirdi.
Tərəflər İran nüvə məsələsi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıblar, müqavilənin əhatəli şəkildə tətbiq olunmasına, çoxtərəfliliyin qorunması istiqamətində səy göstərilməsinə və mövcud haqq və mənfəətlərlə əlaqədar yaxın əlaqələri gücləndirməyə davam edəcəklərini bir daha təsdiq ediblər.



Әlaqәli Xәbәrlәr