Yəmən ordu Sada əyalətinə nəzarəti ələ keçirdi

Yəmən ordusu Husilərin qalası hesab edilən Sada əyalətinə nəzarəti ələ keçirdi.

1147546
Yəmən ordu Sada əyalətinə nəzarəti ələ keçirdi

Yəmən ordusunun "26sepnews.net" internet saytında dərc edilmiş məlumata görə ordu qüvvələri Sada vilayətinin Meran cəbhə xəttində Husilər ilə toqquşaraq bölgədəki bəzi kəndlərə nəzarəti ələ keçirib.

Bildirilir ki, qarşıdurmalar nəticəsində Husilərdən ölənlər olub. Xeyli hərbi texnika müsadirə edilib. Qeyd edilib ki, Husilərin Sada vilayətinin Meşayih düzənliyinə quyladıqları minalar da ordu tərəfindən təmizlənib.



Әlaqәli Xәbәrlәr