Sergey Lavrov: "Fələstin probleminin həll edilməsi Rusiyanı da yaxından maraqlandırır"

Rusiya Xarici İşlər naziri  Sergey Lavrov və Oman Sultanlığının Xarici İşlər naziri Yusif bin Ələvi Rusiyanın paytaxtı Moskvada görüşdülər.

Sergey Lavrov: "Fələstin probleminin həll edilməsi Rusiyanı da yaxından maraqlandırır"

 

Rusiya Xarici İşlər naziri  Sergey Lavrov və Oman Sultanlığının Xarici İşlər naziri Yusif bin Ələvi Rusiyanın paytaxtı Moskvada görüşdülər. Görüşdən sonra birgə mətbuat konfransı keçirildi.
 
Lavrov mətbuat konfransında çıxış edərək, ötən həftə Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya-İran üçtərəfli zirvə toplantısının keçirildiyini xatırlatdı və sözünə belə davam etdi: "Astana formatının zəmanətçi ölkələri olaraq Suriyadakı problemi həll etmək üçün səy göstəririk. Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtması Dəməşqə ərəb ölkələri ilə münasibətlərini normallaşdımağa kömək edəcək".
 
 Orta Şərq və Afrikanın şimalındakı hadisələrə görə narahatlığını dilə gətirən Lavrov: "Fələstin probleminin həll edilməsi Rusiyanı da yaxından maraqlandırır. Problemin həll edilməsi üçün oradakı qüvvələr dialoqa girməli və təhdidlərə qarşı dayana bilmələri üçün güclərini birləşdirməlidirlər" ifadələrini işlətdi.
 
 Lavrov Rusiyanın Körfəz bölgəsində təhlükəsizliyin təmin olunmasının tərəfdarı olduğunu bildirərək: "Rusya da hər zaman Oman kimi Yəməndəki münaqişənin oradakı bütün siyasi qüvvələrin dialoqu ilə həll edilməsini istəyir. Biz bu siyasi qüvvələrlə işləyirik. Onların bir araya gəlməsi üçün əlimizdən gələni edirik. Oman da bizi bu məsələdə dəstəkləyir" dedi.
 
 Oman Xarici İşlər naziri Yusif bin Ələvi də Suriya və ərəb ölkələrini birləşdirən bir çox problemin olduğuna diqqəti çəkdi.
 
 Ələvi Fələstin və İsrail arasındakı problemə toxunaraq: " Fələstin müstəqil dövlətinin qurulması regiona sabitlik gətirəcək. Bölgənin buna ehtiyacı var. Fələstin problemini həll etmək üçün səy sərf etməli və  yeni görüşlər formalaşdırmalıyıq . Bu problemlə məşğul olan hər kəsə kömək etməyə hazırıq" dedi.



Әlaqәli Xәbәrlәr