ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

ABŞ idxal avtomobillərə əlavə gömrük rüsumu tətbiq edərsə Avropa İttifaqı (Aİ) bu cəhd qarşısında lazımlı addımı atmaqda imtina etməyəcək. Bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Margaritis Schinas deyib.

ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Margaritis Schinas Belçikanın paytaxtı Brüsseldə təşkil etdiyi mətbuat konfransında Aİ və ABŞ arasındakı ticarət əlaqələri mövzusuna münasibət bildirib.

ABŞ Ticarət Nazirliyinin idxal edilən avtomobillərin milli təhlükəsizlik üçün təhlükə yarada biləcəyinə dair araşdırma hesabatı ilə əlaqəli prosesləri yaxından izlədiklirini ifadə edən Margaritis Schinas: "ABŞ Ticarət Nazirliyi tərəfindən hazırlanan hesabat Avropanın avtomobil ixracına zərər verərsə Aİ Komissiyası buna biganə qalmayacaq”.

 2018-ci ilin iyul ayında Aİ ilə Amerika Birləşmiş Ştatları arasında bu sahədə izliniləcək yol xəritəsinin müəyyən edildiyini xatırladan Margaritis Schinas vurğulayıb ki, ABŞ sözünə sadiq qaldığı müddətcə, alyans öhdəliklərinə əməl edəcək. Aİ Komissiyası Yanvar ayında üzv ölkələrdən  tələb  etdi  ki,   ABŞ ilə sənaye məhsullarına tətbiq edilən gömrük rüsumlarının ləğvi  mövzusunu   müzakirə    ətmək  üzərə  özünə  səlahiyyət  versinlər.  Bununla bağlı proses davam edir.



Әlaqәli Xәbәrlәr