ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Əşrəf Qəni ilə görüşdü

Amerika Birləşmiş Ştatlarının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ölkəsinin Əfqanıstanda daimi sülhün bərqərar olması və təxminən 40 il davam edən müharibənin sona çatması üçün əlindən gələni etdiyini söylədi.

1147719
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Əşrəf Qəni ilə görüşdü


 Əfqanıstan prezidenti Əşrəf Qəni ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə görüşdü.
 
 Əfqanıstan Prezident Aparatından verilən məlumatda Əşrəf Qəninin beşinci dəfə həyata keçirdiyi sülh səfəri çərçivəsində paytaxt Kabilə gələn Xəlilzad ilə Prezident sarayında görüşdüyü bildirilir.
 
Məlumata görə, sülh səfərindəki görüşləri ilə bağlı Əfqanıstan prezidentinə məlumat verən Xəlilzad danışıqlarda irəliləyişlərin olduğunu qeyd edib. 
 
 Əfqanıstana sülhün gəlməsi üçün Amerika Birləşmiş Ştatlarının heç olmadığı qədər ciddi iş apardığını ifadə edən xüsusi nümayəndə Əfqanıstanda uzunmüddətli sülhün bərqərar olması və təxminən 40 il davam edən müharibənin sona çatması üçün əllərindən gələni etdiklərini söyləyib.
 
 Prezident Əşrəf Qəni də Talibanın digər terror təşkilatları ilə əlaqəsi məsələsinə aydınlıq gətirilməsini istədiklərini bildirib.
 
 Sülh mövzusunda regional və beynəlxalq səviyyədə işlərin aparılmasının  zəruriliyini vurğulayan prezident Xəlilzad ilə sülh danışıqlarının başlanması üçün yeni yanaşma məsələsində razılıq əldə ediblər.
 
 Qeyd etmək lazımdır ki, Əşrəf Qəninin rəhbərlik etdiyi hökumət üçün böyük təhlükə təşkil edən Taliban təşkilatı hazırda ölkənin bir çox bölgəsində hakimiyyətini qoruyur.
 
 Bəzi rayonları Talibanın nəzarətində olan Əfqanıstan ciddi təhlükəsizlik problemi ilə qarşılaşır.
 
 Hökumətin ötən illərdə dəfələrlə Taliban ilə sülh danışıqlarına başlamağa cəhd göstərməsi və bu çərçivədə Sülh Şurası yaratmasına baxmayaraq, hələ ki, bir nəticə əldə olunmayıb.
 
Ölkənin sabiq prezidenti Həmid Kərzai dövründə Əfqanıstan rəhbərliyi ilə Taliban arasındakı danışıqların Qətərin paytaxtı Dohada  2013-cü ilin iyun ayında keçirilməsi planlaşdırılırdı. Lakin Talibanın ofisə "Əfqanıstan İslam Əmirliyi" tablosunu və qondarma bayrağını asması ilə əfqan hökuməti danışıqlardan imtina etmişdi.
 
 Ofis bir aydan sonra bağlanmış və sülh müzakirələri təxirə salınmışdı.



Әlaqәli Xәbәrlәr