Nigeriyada prezident seçkilərinin təxirə salınmasına reaksiya göstərildi

Nigeriyada prezident seçkilərinin vaxtı dəyişdirilib.

Nigeriyada prezident seçkilərinin təxirə salınmasına reaksiya göstərildi

Nigeriyada prezident seçkilərinin vaxtı dəyişdirilib.

Bu barədə Nigeriya Müstəqil və Milli Seçki Komissiyasının rəhbəri Mahmud Yaqubu məlumat verdi.

Mahmud Yaqubu  hazırlıq işləri başa çatmadığına görə fevralın 16-na təyin olunmuş seçkilər fevralın 23-də keçiriləcəyini bildirdi. 

Nigeriya Müstəqil və Milli Seçki Komissiyasının rəhbəri prezident seçkiləri ilə yanaşı, martın 2-də keçirilməsi nəzərdə tutulan əyalət rəhbəri və parlament seçkilərinin də vaxtının dəyişdirildiyini, bu seçkilərin martın 9-na keçirildiyini qeyd etdi.

Ölkənin hakimiyyət və müxalifət partiyaları prezident seçkilərinin təxirə salınmasına reaksiya göstərdilər.

"All Progressive Congress"in (APC) sözçüsü Festus Keyamo bu barədə yazılı açıqlama verərək Müstəqil və Milli Seçki Komissiyasının (INEC) seçkiləri təxirə salma qərarını qəti şəkildə qınadı.

Müxalifət Milli Demokratik Partiyasının (UDP) sədri Uche Secondus INEC sədrinin istefasını tələb etdi.

Secondus:"Hakimiyyətdə uğursuz siyasət yürüdən APC və INEC seçkiləri təxirə salmaqla demokratiyamız  təhlükəyə atdı" deyə danışdı.

Qeyd edək ki, Prezident seçkilərində APC başçısı Məhəmməd Buxari və Xalq Demokratik Partiyasından Atiku Abubakar güclü namizədlər olaraq göstərilir.



Әlaqәli Xәbәrlәr